Bakıdakı Dünya Kubokunun vaxtı açıqlandı — RƏSMİ

İDMAN 04 iyn 2020, 20:26

Beynəlxalq Gimnastika Federasiyası (FIG) COVID-19 pandemiyası səbəbindən təxirə salınmış bədii gimnastika üzrə Dünya Kuboklarının keçirilməsi üçün yeni tarixləri elan edib.


Demokrat.az Azərbaycan Gimnastika Federasiyasının (AGF) rəsmi saytına istinadən xəbər verir ki, 24-26 aprel tarixlərində Bakıda təşkil edilməli olan dünya kuboku növbəti ilin may ayında baş tutacaq.


Tokio-2020 Yay Olimpiya Oyunlarına təsnifat xarakterli kubok 2021-ci ilin 7-9 may tarixlərində elə eyni məkanda – Milli Gimnastika Arenasında keçiriləcək.


Olimpiadaya təsnifat xarakterli bədii gimnastika üzrə digər dünya kubokları gələn il 9-11 apreldə Sofiyada (Bolqarıstan), 16-18 apreldə Daşkənddə (Özbəkistan) və 11-13 iyunda Pesaroda (İtaliya) təşkil ediləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top