Azərbaycanın hava limanları iyulun 1-nə qədər bağlı qalacaq

SOSİAL 04 iyn 2020, 20:00

Bu ilin 1 iyul tarixinə qədər Azərbaycanın hava limanları müntəzəm sərnişin reysləri üçün bağlı qalacaq.


Demokrat.az bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin rəsmi saytına istinadən xəbər verir.


Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirus pandemiyasının geniş yayılmasının qarşısını almaq üçün sərhədlərin bağlı qalma müddətini iyunun 15-ə qədər uzatmışdı. Yalnız iyunun 8-dən sonra Naxçıvana uçuşların bərpası planlaşdırılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top