İntellektual bilik yarışının qalibləri mükafatlandırıldı — FOTOLAR

SOSİAL 04 iyn 2020, 18:36

İyunun 3-də Salyan rayon Gənclər  və İdman İdarəsində  aprelin 17-də online qaydada  keçirilmiş  intellektual bilik yarışının qalibləri ilə görüş keçirilib.


Demokrat.az xəbər verir ki, görüş zamanı qaliblər  Salyan rayon Gənclər  və İdman İdarəsinin rəisi Araz Hüseynov tərəfindən  Salyan rayon Gənclər  və İdman İdarəsinin diplomları  ilə təltif ediliblər.


Salyan rayon Gənclər  və İdman İdarəsi tərəfindən təşkil  olunan İntellektual Bilik yarışında III yeri Qədimova Pakizə (Salyan şəhər 7 saylı məktəb-lisey), II yeri Muradov Saleh, I  yeri isə Pərviz Əbil (Salyan şəhər 6 saylı tam orta məktəb) qazanıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top