TƏBİB sədri özəl qurumlara MÜRACİƏT ETDİ: İşçiləri 14:00-da buraxın!

SOSİAL 04 iyn 2020, 17:57

İyunun 5-də Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində dövlət orqanları və qurumları üçün saat 14:00-dək qısaldılmış iş rejimi müəyyən edilib. Lakin bu, özəl qurumlara şamil edilmir.


Demokrat.az xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.


“Özəl qurumlara tövsiyə edirik ki, sabah iş saatının 14:00-da bitməsi məsələsinə baxsınlar”, - deyə R.Bayramlı qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top