Həftəsonu məhdudiyyətlərdə xidməti avtomobillərin hərəkətinə icazə veriləcək? — AÇIQLAMA

SOSİAL 04 iyn 2020, 16:33

“Həftəsonu tətbiq edilən məhdudiyyətlər çərçivəsində, əsasən xidməti avtomobillərin hərəkətinə icazə verilməsi nəzərdə tutulur”.


Demokrat.az xəbər verir ki, bu sözləri Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev ATV telekanalında yayımlanan “ATV Qərargah” verilişində çıxışı zamanı deyib.


O bildirib ki, media nümayəndələrinin şəxsi avtomobilləri ilə gediş-gəlişi ilə bağlı əlavə məlumat veriləcək:


“Kimlərin hansı nəqliyyat vasitələrindən istifadə etmələrinə icazə verilməsi ilə bağlı məlumat veriləcək. İlkin olaraq, fəaliyyətinə icazə verilən sahələrin nümayəndələrinə bildirilib ki, yalnız xidməti nəqliyyat avtomobillərinin istifadəsinə icazə veriləcək. Aydın məsələdir ki, bəzi sahələrdə xidməti avtomobillər olmur. Bu məsələ ilə əlaqədar gediş-gəlişin hansı formada təşkil edilməsi ilə bağlı ətraflı informasiya veriləcək. Qərar yeni qəbul olunub və sabah gecə saat 00:00-dan qüvvəyə minəcək. Qaydalarla bağlı sabah gün ərzində məlumat hazırlanacaq və kimlərin hansı şərtlərlə evdən çıxmasına icazə veriləcəyi ilə bağlı ictimaiyyətə informasiya veriləcək”.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top