Bu şəxslərə pensiya veriləcək — RƏSMİ QƏRAR

SOSİAL 04 iyn 2020, 16:20

Azərbaycanda donorluqla əlaqədar əlil olan şəxslərə pensiya veriləcək.


Demokrat.az xəbər verir ki, bu barədə “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsində qeyd edilib.


Qanun layihəsində qeyd edilib ki, şəxs donorluqla əlaqədar əlil olarsa, əmək stajından və pensiya kapitalının məbləğindən asılı olmayaraq pensiya almaq hüququ əldə etmək hüququ var.


Qeyd edək ki, sənəd Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb və plenar iclasa tövsiyə olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top