"Qarabağ"ı erməni klubu kimi təqdim etdilər - rus kanalından təxribat (FOTO)

İDMAN 01 sen 2018, 15:28

Ruiyanın “Russia Today” telekanalı Azərbaycanla bağlı təxribatçı addım atıb.

 

Qol.az-ın yaydığı xəbərə görə, Avropa Liqasının püşkatmasının nəticələri ilə bağlı xəbər hazırlayan telekanalın saytı “Qarabağ”ı Ermənistan klubu kimi təqdim edib. Kanal yol verdiyi bu  səhvi düzəltməyib. Telekanalın rəsmi saytında “Qarabağ” hələ də Ermənistan klubu kimi göstərilir.

 

Qeyd edək ki, “Russia Today” telekanalına erməni əsilli rus jurnalist Marqarita Simonyanın rəhbərlik edir.

 

 

Demokrat.Az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top