İradə Gülməmmədova yolların təmir və bərpa işləri ilə tanış olub — FOTOLAR

SOSİAL 04 iyn 2020, 14:04

Azərbaycanın hər yerində olduğu kimi Abşeron rayonunda vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü işlər görülür.


Demokrat.az xəbər verir ki, bu baxımdan cənab Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən Abşeron rayonunun Saray qəsəbəsində sakinlərin gediş-gəlişininin yaxşılaşdırılması məqsədilə  Sülh, M.Ə.Sabir, Heydər Əliyev, Mircəlal küçələri , 2 nömrəli və 3 nömrəli tam orta məktəbə gedən yollar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən əsaslı şəkildə yenidən qurulur.


Xanım başçı Saray qəsəbəsinin bir sıra ərazilərinə baş çəkib. İcra başçısı əvvəlcə M.Ə.Sabir və Heydər  Əliyev küçəliri  boyunca görülən işlərlə maraqlanıb. Burada rayon rəhbərinə məlumat verərək bildirilib ki, hazırda qəsəbənin M.Ə.Sabir və Heydər  Əliyev küçəliri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən əsaslı şəkildə yenidən qurulur. 


Əsaslı şəkildə yenidən qurulan M.Ə.Sabir küçəsinin uzunluğu 1400 m, eni isə ortalama 7 m, Heydər  Əliyev küçəsinin uzunluğu isə 2.4 km, eni isə ortalama 12 m təşkil edir. 


Bildirilib ki, hazırda Heydər Əliyev küçəsində son tamamlanma işləri aparılır. M.Ə.Sabir küçəsinin isə köhnə asfalt qatı qazılaraq yenisi ilə əvəz olunur. Çat olan yerlər xüsusi texnika ilə çapılaraq götürülür və həmin yerlərə xırda dənəli asfalt tökülərək üzərinə bitum vurularaq yeni asfalt örtüyü ilə üzlənir.


İ.Gülməmmədova M.Ə.Sabir və Heydər  Əliyev küçələrində görülən işlərlə ətraflı tanış olduqdan sonra hər iki yolun təmirinin keyfiyyətli aparılmasına dair bir sıra tapşırıqlar verib.


Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Saray qəsəbəsinin Mircəlal küçəsi, 2 nömrəli və 3 nömrəli tam orta məktəbə gedən yolları Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən qısa müddətə və yüksək keyfiyyətlə əsaslı şəkildə yenidən qurularaq vətəndaşların istifadəsinə verilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top