"Apteklərdə maskanı hədiyyə edirlər" — Hafiz Hacıyev

SOSİAL 04 iyn 2020, 14:17

Hökumətin pandemiyanın ilk günlərindən qəbul etdiyi qərarlar və karantin rejiminin tətbiqi nəticəsində vəziyyəti nəzarət altında saxlamaq mümkün olmuşdur. Məhz bu səbəbdən karantin rejimindən mərhələli çıxmaq planı həyata keçirilməsinə artıq başlanılmışdır. Lakin vətəndaşların əksəriyyətinin son zamanlar karantin rejiminə əməl etməməsinə görə, yoluxanlar və sağalanların sayı arasında ciddi fərq yarandığı səbəbindən, karantin rejiminin yenidən sərtləşdirilməsi barədə təklif hazırlanmışdır.


Həftə sonları tam qapanma vətəndaşların sağlamlığını qorumaq məqsədini daşıyır. Qapanmanın yalnız həftənin 2 gününü əhatə etməsi, ölkədə kifayət qədər ərzaq ehtiyatının olması, həmçinin maskaların və tibbi spirtin Azərbaycan Respublikasında istehsalının təşkili vətəndaşlarımızın heç bir narahatçılığın olmamasına xidmət edir.


Cənab Prezident İlham Əliyevin 03.06.2020-ci il tarixində Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edərkən maskadan istifadə etməsi hər bir Azərbaycan vətəndaşı üçün nümunə olmalıdır. Hər bir vətəndaş öz şəxsi məsuliyyətini hiss etməli, Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməldir.


Mövzu ilə bağlı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev saytımıza açıqlama verib:


"Azərbaycanda pandemiya başlayandan ölkə prezidentinin özünün şəxsi cəsarəti və xalqa olan sevgisi nəticəsində bu məsələdə çox ciddi addımlar atılır. Bilirsiniz ki, son günlər karantin qaydalarında yumşalmalar oldu və vətəndaşlarımız da bundan istifadə etdilər. 


Düşünürəm ki, artıq yoluxanlarla sağalanlar arasında böyük fərq var. Karantin rejimi sərtləşdirilməlidir. Bunun üçün biz rayon təşkilatlarına təbliğat aparmaları üçün yardım edəcəyik. Cənab prezidentin Tərtər rayonunda etdiyi çıxışı zamanı maskadan istifadə etməsi hər bir vətəndaşa nümunə olmalıdır".


Hafiz Hacıyev mövcud vəziyyətin stabilləşdirilməsi və yardım məqsədilə apteklərdə maskaların vətəndaşlara pulsuz verildiyini də qeyd edib:


"Apteklərdə maskaları hədiyyə edirlər. Şəxsən mən maskanı pulsuz almışam. Düşünürəm ki, biz qoyulan qaydalara riayət etsək, çox qısa müddətdə pandemiya aradan qalxacaq".(sonxeber.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top