Trampın qızı etirazlara dəstək oldu

DÜNYA 04 iyn 2020, 12:30

ABŞ Prezidenti Donald Trampın kiçik qızı Tiffani Tramp instaqramda paylaşım edərək, Corc Floyd üçün ədalət çağırışı edib.


Demokrat.az xəbər verir ki, o, şəxsi hesabında Hellen Kellerin “Tək az, birlikdə isə çox şeyə nail ola bilərik” sözlərini sitat gətirərək, qara şəkil paylaşıb. Həmçinin Tiffani paylaşımında “qaranlıq çərşənbə axşamı” (#blackoutTuesday) və “Corc Floyd üçün ədalət” (#justiceforgeorgefloyd) həştaqlarından istifadə edib.


Qeyd edək ki, 26 yaşlı hüquq məzunu Tiffani Tramp siyasi səhnədən uzaq bir həyat yaşayır.(qafqazinfo.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top