Ermənistanda bir sutkada koronavirusa 697 nəfər yoluxdu

DÜNYA 04 iyn 2020, 10:20

Ermənistanda son sutkada 697 nəfər koronavirusa yoluxub.

 

Demokrat.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Facebook”da canlı yayımda bildirib.


“697 yeni yoluxma faktı qeydə alınıb. Bu o deməkdir ki, tibb müəssisələrimiz artıq müalicəyə ehtiyacı olan yeni pasiyentləri qəbul etmək gücündə deyil”, - N.Paşinyan vurğulayıb.


Onun sözlərinə görə, son sutkada Ermənistanda COVID-19-dan daha 6 nəfər ölüb.


Bununla da Ermənistanda koronavirusa yoluxanların sayı 11 221-ə yüksəlib. Virusdan ölənlərin sayı isə 176 nəfərə çatıb.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top