Xalça satdığı iddia olunan səfirin Nyu-Yorkda da mənzilləri üzə çıxdı — Həyat yoldaşı DANIŞDI

GÜNDƏM 04 iyn 2020, 08:30

“Azərbaycanın İsveçrədəki səfiri Xanım İbrahimovanın və həyat yoldaşının daha bir əmlakı Nyu-Yorkun Bergen səmtində - 1111 RIVER ROAD Block 33, Edgewater Boro ünvanlndadır. Bu mənzil də 2016-cı ildə 152 min dollara xanım diplomatın həyat yoldaşı Aydın Hüseynovun adına alınıb”.


Demokrat.az-ın xəbərinə görə, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

 
“BMT-nin Baş Qərargahı yaxınlığında yerləşən və bundan haqqında söz açdığım digər mənzil də 2016-cı ildə 165 min dollara alınmışdı. Üçüncü mənzil isə (ünvan: 500 Central Ave Apt 213 Union City) 2015-ci ilin oktyabrında 159,999 dollara alınıb. Bu mənzil də xanım diplomatın və həyat yoldaşının adınadır. Ümumilikdə səfir və həyat yoldaşı 2015-ci ilin oktyabrından 2016-cı ilin mart ayına qədər, 6 ay ərzində 3 mənzilə 477 min dollar ödəyiblər. Cənab Hüseynov ABŞ-dakı şirkətlərdə çalışdığını və Nyu-Yorkda neçə belə əmlak aldığını, bunun şəxsi məsələ olduğunu bildirib” – C.Həsənli qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top