Ölkədə koronavirusa görə 96 nəfər reanimasiyadadır — FOTO

SOSİAL 03 iyn 2020, 23:00

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyunun 3-nə olan statistik göstəriciləri açıqlayıb.


Demokrat.az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 5626 test edildiyi bildirilib.


Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 315 min 527 test aparılıb. İndiyədək 76 nəfər Covid-19-dan dünyasını dəyişib, 3665 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 2519 nəfərdir. 96 nəfər reanimasiyada, 17 nəfər süni tənəffüs cihazındadır.


Xatırladaq ki, bu gün Azərbaycanda 325 yoluxma faktı qeydə alınıb, 5 nəfər dünyasını dəyişib, 101 pasiyent sağalıb. 

 

Ölkədə indiyədək aparılan testlərin sayı açıqlandı

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 apr 2024, 09:22
Top