İşdən çıxma saatlarında dəyişiklik gözlənilir — RƏSMİ

SOSİAL 03 iyn 2020, 20:58

“İşə başlama vaxtı səhər saat 08:00, 08:30 və 09:00 olmaqla üç qrupa bölünsə, müvafiq olaraq işdən çıxma saatları da dəyişəcək. Bununla da ictimai nəqliyyatda sıxlıqla bağlı problemlər aradan qalxar”.

 

Demokrat.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

 

Sədr bildirib ki, bununla bağlı təklif operativ qərargaha təqdim olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top