Sərhədlərin bağlı qalması barədə qərar qüvvədədir — RƏSMİ AÇIQLAMA

SİYASƏT 03 iyn 2020, 20:34

“İyunun 15-nə qədər sərhədlərin bağlı qalması, uçuşların dayandırılması barədə qərarımız qüvvədədir”.

 

Demokrat.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

 

İ. Məmmədov qeyd edib ki, məhdudlaşdırma şənbə və bazar günləri üçün ola bilər: “Bunun detalları sabah açıqlanacaq qərarda bilinəcək. Epidemioloji vəziyyətə əsasən Operativ Qərargah qərar qəbul edir. Bugünkü şərtlərdən çıxış etsək, sərhədlərin açılmasının və aviareyslərin bərpası ilə bağlı qərarın qəbulu aktual görünmür. Amma növbəti həftə vəziyyət necə olacaqsa, buna da uyğun qərar veriləcək”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top