"Karantin rejiminin yumşaldılması dayandırılır" — RƏSMİ AÇIQLAMA (VİDEO)

GÜNDƏM 03 iyn 2020, 19:21

“Son günlər koronavirus infeksiyasının artması müşahidə olunur. Əsas səbəb vətəndaşların karantin rejiminə əməl etməməsidir”.


Demokrat.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.


Onun sözlərinə görə, qapalı yerlərdə əhali qaydalara əməl etmir:


“Yenidən karantin rejiminin yumşaldılmasının dayandırılması və məhdudlaşdırmanın qoyulması məsələsi aktuallaşır”.


O əlavə edib ki, cümə günü axşamdan bazar ertəsi səhər saat 05:00-a kimi tam qapadılma, məhdudlaşdırılma ola bilər:


“Hərəkətin tam məhdudlaşdırılması rejimi yaradılır”. (Oxu.az)

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top