Keçmiş məmur qızı söyüşlərə görə üzr istədi — FOTO

SOSİAL 03 iyn 2020, 18:06

Bakı Lift-Təmir İstehsalat Birliyinin sabiq rəhbəri Qüdrət Şükürovun qızı Aysel Şükürova sosial şəbəkələrdə kəskin müzakirələr yaradan qalmaqallı məsələ ilə bağlı açıqlama yayıb.


Demokrat.az xəbər verir ki, keçmiş məmur qızı belə hal yaşamaq istəmədiyini bildirərək üzr istəyib:


"Mən artıq bir müddət idi ki, qərar vermişdim bir daha səhifəmdə bu tipli paylaşımlar etməyəcəyəm. Başımı salıb işimlə məşğul olacam və bizə atılan sözləri görməzlikdən gələcəyəm deyə. 


Çünki 1 milyon insan elə 1 milyon fərqli düşüncə deməkdir. Düşünün ki, bu qədər insan içində savadlısı savadsızı, imkanlısı, kasıbı, xoş düşünəni, paxılı, şizofreni, dəlisi, manyakı ola bilər. Mən bu səhifəni sevənlərim üçün işlədirəm. Mən xoş günlər yaşamaq istəyirəm. 


Azərbaycan qadını adının belə söyüşlərlə yan-yana gəlsin istəmirəm. Məni söyüş söyən biri kimi tanıyırdınız. Dünəndən bu yana mən sırf nəyə görə söyüş söymək məcburiyyətində qaldığımı göstərdim sizlərə. İstəmərəm belə şeylər yaşayım. İstəyərəm ki, işimlə məşğul olum, balalarımla, ailəmlə, dostlarımla xoş vaxt keçirim. 


Amma qoymurlar, iynələyirlər ki, bir az reklam olunsunlar. Düşünə bilərsiniz ki, biri özünü söydürüb necə reklam oluna bilər?  Ona görə deyirəm ki, çox fərqli düşüncələr izləyir. Alçaldılmaqla, söyüşlə belə olsa reklam reklamdır deyən düşüncələr var. Bundan sonra artıq kimlərisə reklam etməyəcəyəm. 


Məni sevənlər onsuz sevir, amma tanımayanların gözündə kiməsə görə niyə düşməliyəm? Niyə Azərbaycan qadınına söyüş yaraşmır kimi sözlər desin məni tanımayan və səbəbini bilməyən biri? Bütün sevən izləyicilərimə təşəkkür edirəm. Həm mənim səhifəmdə, həm də başqa səhifələrdə mənim tərəfimi saxladığınız üçün. Dəstəkləyən dostlarımıza, yanımızda olanlara təşəkkür edirəm. 


Səhifəmi izləyən bütün böyüklərimdən üzr istəyirəm ki, belə şeylər gördünüz. Məni qıcıqlandırdıqlarını sizə göstərdim artıq hər kəs gördü səbəbini. Amma yenə də bu halları yaşamaq və sizlərə göstərmək xoş deyildi. Məni yıxmaq elə asan deyil. Mən haqlıyamsa, dim-dik ayaqdayam. Haqlıyamsa, səsimi kəsmək mümkün deyil. Bu işlər məhkəmədə davam edəcək. Mən 1 milyonumu sizlərlə məşğul edəsi deyiləm”.


Xatırladaq ki,  A.Şükürova sosial şəbəkədə  atası ilə bağlı başladılan cinayət işi haqda rəy yazan şəxsin özünü və ailəsini təhqir etmişdi.

 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Men artıq bir müddet idi ki, qerar vermişdim bir daha sehifemde bele tipli paylaşımlar etmeyeceyime. Başımı salıb işimle meşğul olacam ve bize atılan sözleri görmezlikden gelecem deye. Çünki 1 mln insan ele 1 mln ferqli düşünce demekdir. Düşünün ki, bu qeder insan içinde savadlısı savadsızı, imkanlısı kasıbı, xoş düşüneni paxılı, şizofreni, delisi, manyakı ola biler. Men bu sehifeni sevenlerim üçün işledirem. Men xoş günler yaşamaq isteyirem. Men Azerbaycan qadını adı bele söyüşlerle yan-yana gelsin istemirem. Meni söyüş söyen biri kimi tanıyırdınız. Dünenden bu yana men sırf neye göre söyüş söymek mecburiyyetinde qaldığımı gösterdim sizlere. Men istemerem bele şeyler yaşayım. İsteyerem ki, işimle meşğul olum, balalarımla, ailemle, dostlarımla xoş vaxt keçirim. Amma qoymurlar, iyneleyirler ki, nedir-nedir bir az reklam olunsunlar. Düşüne bilersiniz ki, biri özünü söydürüb nece reklam oluna biler. Ona göre deyirem ki, çox ferqli düşünceler izleyir. Alçaldılmaqla, söyüşle bele olsa reklam reklamdır deyen düşünceler var. Bundan sonra artıq kimlerise reklam etmeyecem. Meni sevenler onsuz sevir amma tanımayanların gözünde kimese göre niye düşmeliyem? Niye Azerbaycan qadınına söyüş yaraşmır kimi sözler desin meni tanımayan ve sebebini bilmeyen biri? Bütün seven izleyicilerime teşekkür edirem. Hem menim sehifemde, hem de başqa sehifelerde menim terefimi saxladığınız üçün. Destekleyen dostlarımıza, yanımızda olanlara teşekkür edirem. Sehifemi izleyen bütün böyüklerimden üzr isteyirem ki, bele şeyler gördünüz. Meni qıcıqlandırdıqlarını size gösterdim artıq her kes gördü sebebini. Amma yene de bu halları yaşamaq ve sizlere göstermek xoş deyildi. Meni yıxmaq ele asan deyil. Men haqqlıyamsa dim-dik ayaqdayam. Haqqlıyamsa sesimi kesmek mümkün deyil. Bu işler mehkemede davam edecek. Men 1 milyonumu sizlerle meşğul edesi deyilem

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top