Sərxoş oğul 85 yaşlı anasını döydü

KRİMİNAL 03 iyn 2020, 17:09

Gəncədə oğul 85 yaşlı anasını döyərək ona xəsarət yetirib. 


Demokrat.az xəbər verir ki, hadisə şəhərin Ozan küçəsində qeydə alınıb. 


Gəncə şəhər sakini, 1935-ci il təvəllüdlü Güləndam Köçəriyeva müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib. 


Yaxınlarının bildirdiyinə görə, qadını içki aludəçisi olan oğlu döyüb. Həkimlər G.Köçəriyevanın vəziyyətini kafi kimi qiymətləndirirlər.


Hadisənin səbəbi isə hələlik məlum deyil.


Faktla bağlı araşdırma aparılır.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top