Qadağaya əməl etməyən vətəndaşları işgəncə verib öldürdülər

DÜNYA 03 iyn 2020, 16:56

Keniyada polislər koronavirusa görə elan edilən komendant saatına əməl etməyən vətəndaşları öldürüblər.


“Anadolu” agentliyi ölkənin Müstəqil Polis Nəzarəti qurumunun (IPOA) başçısı Anne Makorinin açıqlamasına istinadla xəbər yayır.


Onun bildirdiyinə görə, küçəyə çıxma qadağasına əməl etməyən 15 mülki şəxs öldürülüb, 31 nəfər polis tərəfindən işgəncəyə məruz qalıb. Mart ayından bəri polislərlə bağlı 81 şikayət daxil olub.


Makori qeyd edib ki, məsələnin aydınlaşdırılması üçün araşdırma başlanıb.


Qeyd edək ki, Keniyada koronavirusa qarşı tədbirlər çərçivəsində saat 19:00-dan 05:00-a qədər küçəyə çıxmaq qadağan edilib.(oxu.az)


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top