Daha 26 Qazaxıstan vətəndaşı öz ölkələrinə yola salındı

SOSİAL 03 iyn 2020, 14:14

Bu gün daha 26 Qazaxıstan vətəndaşı Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə məxsus “Merkuri-1” bərə gəmisi ilə öz ölkələrinə yola salınıblar. 


Demokrat.az xəbər verir ki, adı çəkilən ölkədə yaşamaq hüququ olan 11 həmvətənimiz də Kurık limanına yola düşüblər.

 
Yola salınan sərnişinlər ilk olaraq Bakı Limanında koronavirusla əlaqədar tibbi test yoxlanışından keçiblər və testin nəticəsi bütün sərnişinlərdə neqativ çıxıb.
 

Xatırladaq ki, cari ilin 13 may tarixindən Qazaxıstanda karantin dövründə sərhədin keçilməsinə dair yeni qaydalar qüvvəyə minib və bu səbəbdən Kurık limanı ölkə vətəndaşları və ölkədə yaşamaq icazəsi olan xarici vətəndaşların qəbulunu bərpa edib.

 

Bu günə qədər 53 Qazaxıstan vətəndaşı Bakı Limanından yola salınıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top