Mübariz Mənsimovun futbol klubu da fəaliyyətini tam dayandırır

İDMAN 03 iyn 2020, 13:50

"Xəzər Lənkəran" rəhbərliyi klubun fəaliyyətini tam dayandırmağı planlaşdırır.


Demokrat.az xəbər verir ki, bu barədə göstəriş İstanbuldan – "Palmali"nin baş ofisindən gəlib.


Bu qərarın verilməsi "ağ-yaşıllar”ın fəxri prezidenti Mübariz Mənsimovun 2 aya yaxındı həbsdə olmasıyla bağlıdı.


Mənsimovlar futbolla əlsaqələrini qeyri-müəyyən müddətədək dondurmaq niyyətindədi. Bunun nə qədər davam etməsi klubun sahibinin nə vaxt azadlığa çıxacağından və AFFA rəhbərliyində dəyişikliyin nə vaxt gerçəkləşəcəyindən asılıdı.


"Xəzər Lənkəran"ın əsas komandası 2016-cı ildə fəaliyyətini dayandırsa da, akademiyanın 3 yaş qrupu ölkə çempionatında çıxışlarını davam etdirib. Amma ötən müddətdə də AFFA ilə ixtilaflar bitməyib.


XL rəsmiləri dəfələrlə federasiyanın onlara biganə münasibətindən şikayətlənib, ayrı-seçkiliyi qabardıb. Xüsusilə, 17 yaşadək futbolçulardan ibarət komandayla bağlı narazılıqlar ciddi hal alıb. U-17-nin məşqçi və futbolçuları dəfələrlə AFFA-nın İntizam Komitəsi tərəfindən cəzalandırılıb.(sportinfo.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top