“Facebook”da yenilik — Köhnə yazıları gizlətmək mümkün olacaq

MARAQLI 03 iyn 2020, 14:03

“Facebook” sosial şəbəkəsində köhnə yazıları gizlətmək mümkün olacaq.


Demokrat.az xəbər verir ki, bu barədə şirkətin saytında məlumat verilib.


İstifadəçilər köhnə qeydləri arxivləşdirə və ya silə bilərlər.


Bundan əlavə, sosial şəbəkədə eyni anda bir neçə postun idarə olunması funksiyası işə salınıb.


Müəyyən bir müddətdə dərc olunan və ya istifadəçilərin qeyd olunduğu paylaşımları birləşdirmək, sonra isə bağlayıb, silmək mümkündür.(oxu.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top