Azərbaycanda karantin müddətinin uzadılması ilə bağlı RƏSMİ AÇIQLAMA

SOSİAL 03 iyn 2020, 12:50

31 may 2020-ci il saat 00:00-dan xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin aradan qaldırılmasına qərar verilib. Son 3 gün müddətində yoluxma sayı 689-a yüksəlib.


Demokrat.az xəbər verir ki, bu, pandemiya dövründə ən yüksək göstərici hesab edilir.


Belə olduğu halda karantin rejimi yenidən sərtləşdirilə bilərmi?


Saytımızın suallarını cavablandıran Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirir ki, bununla bağlı rəsmi açıqlama yoxdur.


“Karantin müddəti yumşaldıqdan sonra yoluxma sayı artıb. Buna baxmayaraq hələ də rəsmi qərar yoxdur”, – deyə İbrahim Məmmədov qeyd edib.


Son zəng tədbirlərinin təşkil edilib-edilməməsinə münasibət bildirən İbrahim Məmmədov bununla bağlı da rəsmi qərarın olmadığını deyib.(qazet.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top