Şamaxı rəsədxanasında əxlaqsızlıq yuvasının olması barədə direktor müavinindən AÇIQLAMA

SOSİAL 03 iyn 2020, 12:40

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov rəsədxana yataqxanasında əxlaqsızlıq yuvasının olması barədə yayılan məlumatlardan danışıb. 


Xıdır Mikayılov Demokrat.az-a açıqlamasında bildirib ki, yayılan məlumatın heç bir əsası yoxdur:


"Bura qapalı müəssisədir, girişdə polis dayanır. Polisin mühafizə etdiyi yerdə necə əxlaqsızlıq yuvası ola bilər? Ümumiyyətlə, karantin rejimi ilə əlaqədar olaraq son 3 ayda bura gəlib-gedən yoxdur. Axı rəsədxanada necə əxlaqsızlıq yuvası ola bilər? Gəlin məntiqlə düşünək də! Axı karantin dövründə bu necə ola bilər? Görünür ki, kimlərsə bizi gözdən salmaq üçün bu cür məlumatları yayırlar. Belə şər-böhtan xarakterli məlumatlar əvvəllər də yayılmışdı".

 


Elçin Rizvanoğlu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top