Vaxt açıqlandı: İyunun 12-də başa çatacaq

SOSİAL 03 iyn 2020, 12:47

Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Mədəniyyət" və "ARB Günəş" kanallarında yayımlanan "Dərs vaxtı" proqramının başa çatacağı tarix açıqlanıb.

 
Təhsil Nazirliyindən Demokrat.az-a bildirilib ki, ümumtəhsil məktəbləri üçün teledərslər 12 iyun tarixində başa çatacaq.


Eyni zamanda qeyd edilib ki, yay tətilində “Virtual məktəb”də dərslər olmayacaq. Lakin müxtəlif öyrədici materialların portala yüklənməsi davam etdiriləcək.

 
Qeyd edək ki, yay tətilinin vaxtında dəyişiklik olunması nəzərdə tutulmur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top