Avropanın 5 şəhərində sürücüsüz avtobuslar sınaqdan keçiriləcək

DÜNYA 03 iyn 2020, 11:32

1,5 illik planlaşdırmadan sonra "FABULOS" şəhər avtobuslarının hərəkətinin avtomatlaşdırılması layihəsi real şəraitdə sınaqlara başlamağa hazırdır. Sürücüsüz mikroavtobusların ən yaxşı modelləri Avropanın 5 şəhərinin ictimai nəqliyyatının bir hissəsi olacaq.


Demokrat.az "ICTnews"a istinadən xəbər verir ki, "FABULOS" ("Future Automated Bus Urban Level Operation System") layihəsi 2018-ci ilin yanvarında Avropa Birliyinin maliyyə dəstəyi ilə öz fəaliyyətinə başlayıb. Layihənin məqsədi şəhər infrastrukturuna inteqrasiya edilmiş avtonom ictimai nəqliyyat ideyasının mümkünlüyünü sınaqdan keçirməkdir. Ötən ay Helsinkidə (Finlandiya) pilot layihələrə start verilib, iyunda müvafiq sınaqlar Qesdale (Norveç) və Tallində (Estoniya), daha sonra Yunanıstan və Niderlandda keçiriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top