Corc Buş: “Mən və həyat yoldaşım əzab çəkirik”

DÜNYA 03 iyn 2020, 13:03

ABŞ-ın keçmiş prezidenti Corc Buş afroamerikalı Corc Floydun polis zorakılığı nəticəsində öldürülməsi barədə açıqlama verib.


Demokrat.az xəbər verir ki, bununla bağlı “HaberGlobal” məlumat yayıb.


“Laura (həyat yoldaşı – red.) və mən Corc Floydun amansızlıqla boğulmasına görə əzab çəkirik. Ölkəmizi boğan ədalətsizlik və qorxudan narahatıq. İndi dərs vermək deyil, dinləmək zamanıdır”, - deyə C.Buş bildirib.


Keçmiş prezident ölkədəki faciəvi uğursuzluqların mühakimə edilməsinin vaxtının çatdığını vurğulayıb.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top