AzTV-nin operatoru karantinə alındı

SOSİAL 03 iyn 2020, 11:00

Azərbaycan Dövlət Televiziyasının operatorunun koronavirusa yoluxması haqda məlumat yayılıb.


Demokrat.az xəbər verir ki, məsələni dəqiqləşdirmək üçün AzTV ilə əlaqə saxlanılıb.


Qurumun sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov saytımıza açıqlamasında bildirib ki, həmin operator karantinə alınıb:


“Bizim operatorlar hər çəkilişdən əvvəl analiz verirlər. Həkimlər bir operatorun analizindən şübhələniblər. Hələ ki, araşdırma aparılır. Operator karantinə alınıb və yoxlama aparılır. Nəticə ilə bağlı ictimaiyyətə məlumat veriləcək”.


Qeyd edək ki, daha əvvəl ATV-nin bir neçə işçisində koronavirus aşkarlanmışdı.(qafqazinfo.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top