Bahalı avtomobilər və lüks mallar üçün gömrük rüsumları artırılacaq — Nazirdən AÇIQLAMA

İQTİSADİYYAT 03 iyn 2020, 10:52

Azərbaycana xaricdən gətirilən bahalı avtomobilər və lüks əşyalar üçün gömrük rüsumları artırılacaq.


Demokrat.az xəbər verir ki, bu barədə "Fed.az" saytına maliyyə naziri Samir Şərifov bildirib.


Onun sözlərinə görə, bununla bağlı təkliflər artıq hazırdır və layihə hökumətdə müzakirə olunur.


“Bunlar əsasən lüks malların istifadəçilərinə, tütün, eləcə də avtomobillərin idxal edilməsinə aiddir. Söhbət minik maşınlarından gedir, onların daha yüsək aksizlər və vergilər nəzərdə tutulur ki, bunun hesabına dövlət büdcəsinə əlavə vəsaitlər daxil olsun” – deyə nazir bildirb.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top