Azərbaycanlı baş redaktor koronavirusa qalib gəldi — FOTO

SOSİAL 02 iyn 2020, 23:24

Koronavirusa yoluxmuş idman jurnalisti Anar Cəfərsoy şəfa tapıb.

 

Demokrat.az medicina.az-a istinadən xəbər verir ki, Supersport.az portalının təsisçisi və baş redaktoru iki həftədir koronavirusdan müalicə olunurdu.


Anar Cəfərsoy açıqlamasında deyib:


“Allah qalib elədi. Əminliklə deyə bilərəm ki, Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında peşəkar həkimlər, tibb işçiləri fəaliyyət göstərir. Gecə səhərə kimi bu fədakar insanlar, yaşından asılı olmayaraq hamının sağalması üçün yüksək səviyyədə çalışırlar. Belə qəhrəmanlar həyatlarını təhlükəyə atmaq bahasına olsa belə, insanları xilas etmək üçün bütün varlıqlarını sərf edirlər, hamıya sevgi, hörmət, nəvazişlə davranırlar. Təmizlik-gigiyenik işlərlə yanaşı, qidayla təminata da xüsusi diqqət yetirilir. Allah bütün xəstələrə şəfa versin. Başda həkim Şərəf Hüseynova, böyük tibb bacısı Könül Vəliyeva, tibb qardaşı Şəmsi Axundov olmaqla hər kəsə dərin təşəkkürümü bildirirəm”.


Baş redaktor bildirib ki, immunitet sistemini gücləndirmək üçün dərmanlardan, təbii qidalardan istifadə edir:


“Koronavirus orqanizmə ciddi təsir edib, çəkim də azalıb. Həkim məsləhətinə əsasən, immuniteti gücləndirmək üçün dərmandan, təbii qidalardan istifadə davam etdirəm”.


Xatırladaq ki, idman jurnalistinin 69 yaşlı anası Zöhrə Cəfərova mayın 28-də bu pandemiyadan Mərkəzi Neftçilər Xəstəxanasında vəfat edib.

 

Koronavirusa yoluxmuş baş redaktor sağaldı

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top