İşğalda olan Azərbaycan ərazilərində koronavirusa yoluxanların sayı artır

HADİSƏ 02 iyn 2020, 22:51

Azərbaycanın işğal altında olan ərazilərində COVID-19-a yoluxma halları artmaqdadır.


Demokrat.az-ın erməni mətbuatına istinadən verdiyi məlumata əsasən, daha 8 nəfərdə yeni növ koronavirus aşkarlanıb. Yeni yoluxanların hamısı Xankəndi şəhərinin sakinidir.


Qeyd edək ki, yeni yoluxmalarla birlikdə işğal altındakı ərazilərimizdə koronavirusa yoluxanların ümumi sayı 54-ə çatıb. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top