Şagirdlər dərslikləri nə vaxt qaytarmalıdır?

SOSİAL 02 iyn 2020, 19:07

"İlk olaraq IX və XI sinif şagirdlərinin dərslikləri təhvil verməsi prosesi olacaq".


“Qafqazinfo” xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin şöbə müdirinin müavini, sektor müdiri Orxan Abbasov deyib.


“Həmin siniflərin şagirdlərinin dərslikləri qaytarması prosesi 15-30 iyun tarixində olacaq. Çünki onlar təhsil pilləsini bitirirlər və bəzən də məktəbi tərk edirlər”, - deyə O.Abbasov bildirib.


Onun sözlərinə görə, II-IV, VI-VIII və X siniflərdə isə bu proses avqustun 1-dən 15-dək həyata keçiriləcək. I və IV siniflərin şagirdləri isə dərslikləri sentyabrın 1-dən 15-dək təhvil verməlidirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top