Jurnalistlərin binasında nə baş verir? — AÇIQLAMA

SOSİAL 02 iyn 2020, 16:30

Jurnalistlər üçün tikilən binalarla bağlı yoxlamaların aparılması barədə xəbərlərin ardı-arası kəsilmir. Lakin hələ ki, yayılan məlumatlara rəsmi şəkildə reaksiya verilməyib.

 
Demokrat.az xəbər verir ki, bir neçə gün əvvəl isə məlumat yayılıb ki, mənzillərin ədalətsiz bölgüsü ilə bağlı ölkə başçısı İlham Əliyevə müraciət edən bir qrup jurnalist Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırılaraq dindirilib. Bu məlumatdan sonra Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) keçmiş icraçı direktoru Vüqar Səfərlinin həbs oluna biləcəyi barədə ehtimallar irəli sürülüb. Eyni zamanda bu məsələnin Prezidentin keçmiş köməkçisi Əli Həsənov üçün da ciddi başağrısı olacağı barədə fikirlər səsləndirilir.

 
“Jurnalist Evi”MMC-nin direktoru Bünyamin İsmayılov deyib ki, binalarla bağlı yoxlamaların aparılması barədə məlumatı yoxdur. “Mən 60 gündür ki, burdayam. Amma siz deyən məsələlər barədə mənə heç kim heç nə deməyib. Ümumiyyətlə, kimsə deməyib ki, onun qapısını döyüblər. Yəni bu barədə hər hansı məlumatım yoxdur”, - deyə MMC-nin direktoru bildirib.

 
Bünyamin İsmayılov həmçinin əlavə edib ki, bu məsələ ilə hüquq-mühafizə orqanlarına çağırılmayıb. “Heç yerə çağırmayıblar. 60 gündür burdayam. Yeni rəhbrəlik nə deyirsə, onu da edirəm”, - deyə müsahimiz vurğulayıb.

 
Jurnalistlərin binasında mənzillərin ədalətsiz bölgüsü, satışa çıxarılması barədə suala isə belə cavab verib: “Mənzillərin bölgüsü ilə məşğul olmamışam. Bundan qəti xəbərim yoxdur. Bu, Prezident Administrasiyası səviyyəsində həll olunan məsələlərdir. Mən burada sadəcə xidmət göstərirəm. Hansı jurnalistə buradan mənzil verilirsə, mənim üçün fərqi yoxdur. Kim yaşayır, kim satır o da mənlik deyil. Mən sadəcə öz işimi görürəm”.(yenisabah.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top