Masallının prokuroru işdən çıxarıldı

SOSİAL 02 iyn 2020, 16:14

Azərbaycanın Baş prokuroru Kamran Əliyevin imzaladığı əmrlə Masallı rayon prokuroru Allahverdi Novruzov “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə tutduğu vəzifədən azad olunmaqla prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.

 

Demokrat.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov "Facebook" profilində məlumat yayıb.

 

Eyni zamanda həmin əmrlə A.Novruzov prokurorluq orqanlarında səmərəli fəaliyyətinə görə “Azərbaycan Prokururluğunun Fəxri Fərmanı” ilə təltif edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top