Deputat Mahmudovların xaricdə aşkarlanan milyonlarından DANIŞDI

GÜNDƏM 02 iyn 2020, 16:02

"Azərbaycanda nəinki adını çəkdiyiniz insanlar, digər məmurlar və vəzifəli şəxslər də, nəinki 100 milyon funt-sterlinq, milyardlarla vəsait çıxarıblar".


Demokrat.az xəbər verir ki, bu sözləri, sabiq MTN naziri Eldar Mahmudovun oğlu və qızının xaricdə ortaya çıxan mülkləri barədə saytımıza danışan millət vəkili Razi Nurullayev deyib. O bildirib ki, belə hallar artıq xalqda şok effekti yaratmır: “Hansısa bir məmurun, vəzifədən gedən olsun, vəzifədə olan olsun, xaricdə 100 milyonlarla vəsaiti aşkarlanır, artıq bu xalq üçün sürpriz, şok effekti yaratmır. Çünki bu adiləşib. İcra başçılarının belə evindən milyonlarla vəsait çıxır. Əmlakları belə hesablananda yüz milyonlarla ölçülür”.


Qeyd edək ki, İngiltərənin nüfuzlu mətbuat orqanı “The Guardian”, sabiq MTN naziri Eldar Mahmudovun oğlunun və qızının İngiltərədə milyonluq mülklər alması ilə bağlı məlumat yayıb. Bildirilib ki, “Cayman National Bank (Isle of Man) Ltd (CNBIOM)” şirkətinin 2019-cu ilin noyabr ayında yayımlanan sənədlərinə əsasən, Mahmudovlar ailəsinin İngiltərədə ümumi dəyəri 100 milyon funt-sterlinq (təxminən 210 milyon manat) biznes və əmlak imperiyası var.


Mahmudovların vəkili həmin var-dövlətin ailənin ulu babaları Aslan Aşurovdan qaldığını və Anar Mahmudovun uğurlu biznesmen olduğunu söyləyib.


Baş Prokurorluq bu araşdırma ilə bağlı şərh verəcəyini bildirsə də, hələ ki, bu barədə heç bir açıqlama yayılmayıb.(yeniavaz.com)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top