Samir Şərifov hesabat verir

GÜNDƏM 02 iyn 2020, 14:40

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “2019-cu ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.


Demokrat.az xəbər verir ki, iclası açan komitə sədri Tahir Mirkişili bildirib ki, 2019-ci il ölkəmizdə ən sürətli və əhatəli islahatlar ili kimi yadda qalıb:


“Şəffaflıq səviyyəsinin artırılması və kölgə iqtisadiyyatı ilə aparılan mübarizə öz effektiv təsirini göstərib, büdcə gəlirlərinin proqnozdan artıq icra olunmasına şərait yaradıb. Ötən il iqtisadiyyatı idarəetmə mexanizmində köklü struktur və kadr dəyişiklikləri aparılıb və çevik, ədalətli idarəetmə üçün təşkilati zəmin yaradılıb. 2019-cu ildə problemli kreditlərin həlli üçün həm əhaliyə, həm də banklara dövlət tərəfindən mühüm dəstək göstərilib və problemin həlli üçün müvafiq vəsait ayrılıb. Bütün bunlarla yanaşı bank sektorunda sağlamlaşma prosesi bu gün də davam edir. İnanırıq ki, görülən tədbirlər bank sektorunun fəaliyyəti iqtisadi islahatların hədəfləri ilə uzlaşacaq. Büdcə gəlirləri proqnozdan 1 milyarddan artıq icra olunub. Minumum əməkhaqqı iki dəfə artırılıb. Bu həcmdə işlər büdcənin imkanları hesabına həyata keçirilib”.


Maliyyə naziri Samir Şərifov çıxışında qeyd edib ki, 2019- cu il ölkəmizdə makroiqtisadiyyatın daha da möhkəmləndirilməsi, xarici iqtisadi mövqeyin formalaşması, qeyri-neft ixrac ili kimi səciyyələnib: “Ötən il ÜDM-nin artımı 2,2 faiz olub. 2019- cu il 81,7 milyard həcmində ÜDM formalaşıb. 2019- cu ildə ÜDM-nin formalaşması daha çox qeyri-neft sektorunun hesabına olub. Bu sektorun payı 62 faiz olub.  Əhalinin gəlirlərinin ildən-ilə artırılması istiqamətində tədbirlər həyata keçirilməkdədir. Ölkəmizin məcmu valyuta ehtiyatları 2019- cu ilin sonuna dövlət borcumuzu 5 dəfəyə qədər üstələyib".


***


Maliyyə naziri Samir Şərifov pandemiyanın ölkə iqtisadiyyatına təsirlərindən danışıb.O qeyd edib ki, 2020- ci il pandemiyanın mənfi təsirləri bizim iqtisadiyyatımızı da müəyyən xarici şoklara mərzu qoydu. Bu şokların fiskal vəziyyətə, iqtisadi vəziyyətə və büdcənin icrasına olan çağırışların dərin təhlinini həyata keçirməkdəyik. Zənnimcə, bu işlərin nəticəsi olaraq bu məsələləri Milli Məclis də müzakirə etmək niyyətindəyik. Hazırda biz tələsmirik. Gözləmə mövqeyindəyik. Karantindən çıxmaqla ölkə iqtisadiyyatında baş verən nəticələri izləyirik. 2020-ci ilin 4 ayının məlumatları artıq mövcdudur. Operativ məlumat göstərir ki, büdcənin icrası ilə bağlı problem yoxdur. 5 ayın nəticəsi ilə kifatət qədər profist var. Nəzərdə tutulan büdcə proqnozu olan 350 milyon artımın 500 milyon manat həcmində profisit olduğunu gördük. Bu şübhəsiz ki yaxşı rəqəmdir. Bundan əlavə, dövlət büdcəsinə yenidən baxılmasına biz tərəfdən müraciət edilməyib”.(qafqazinfo.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top