"Qaçqınkom"da ETİRAZ — Sədr şikayətçilərin qarşısında söz tapa bilmədi — VİDEO

SOSİAL 02 iyn 2020, 14:30

Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin keçmiş rəhbərliyinin məcburi köçkünlərin həyat və məişət şəraitinin yaxşılaşdırılması üçün dövlət tərəfindən tikilən qəsəbələrdə yerləşən evləri və qurumun balansında olan digər mənzilləri qanunsuz olaraq müxtəlif şəxslərə verilməsilə bağlı bəzi məlumatlar yayılıb.


Həmin məlumatlardan aydın olur ki, köhnə müqavilələr yeni tarixlə rəsmiləşdirilib və bir şəxsə bir neçə ünvanda mənzil verilib. Verilən mənzillərin isə eyni tarixli digər sənədlərlə kirayə verilməsi ilə bağlı razılıq əldə olunub.


Məhz bu səbəblə bağlı bu gün komitənin qarşısında etiraz keçiriblər. Onlar qorxurlar ki, dövlətin inşa etdiyi evlər yenə başqa şəxslərə çatdırılacaq.


Komitə sədri isə əsas mövzudan yayınıb və deyib ki, etiraz edənlər karantin qaydalarını pozurlar.(gundelik-baku.com)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top