Məhkəmədən şirkət rəhbəri barədə QƏRAR

HADİSƏ 02 iyn 2020, 13:50
Azərbaycanda dələduzluq, vəzifə səalhiyyətlərini aşmaqda və vəzifə saxtakarlığında ittiham olunan "MODERN İNŞAAT E.M" MMC-nin rəhbəri Ceyhun Tağılının barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanını təqdimatına baxılıb.
 
 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Binəqədi rayon Məhkəməsində hakim Elçin Ağayevin sədrliyi ilə baş tutan prosesdə istintaq orqanını təqdimatı təmin olunub.
 
 
Ceyhun Tağılının barəsində olan həbs qətimkan tədbirinin müddəti 1 aya qədər uzadılıb.
 
 
İstintaq orqanı tərəfindən Ceyhun Tağılının barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.
 
 
Cinayət işi üzrə istintaq Baş Prokuror yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsində aparılır.
 
 
Fariz Məlikli

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top