Nazirlik Aqil Abbasa cavab verdi

SOSİAL 02 iyn 2020, 14:47

Mədəniyyət Nazirliyi deputat Aqil Abbasın Milli Məclisdə səsləndirdiyi ittihamlara cavab verib. 


Nazirliyin mətbuat xidmətindən Demokrat.az-a daxil olan məlumatda deyilir ki, millət vəkilinin səsləndirdiyi məlumat həqiqəti əks etdirmir:


“Ağcabədi rayonunun kitabxana sistemində çalışan işçilərin ixtisar ediləcəyi barədə məlumatlar yayılıb. Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəsmi məlumatına əsasən bildirir ki, yayılan xəbərlər həqiqəti əks etdirmir və Ağcabədi rayonunda fəaliyyət göstərən kitabxanalarda əməkdaşların ixtisar edilməsi nəzərdə tutulmayıb”.


Xatırladaq ki, Aqil Abbas parlamentdə dünənki çıxışında bildirib ki, Ağcabədi rayonuna 35 nəfərin işdən ixtisar edilməsi haqda əmr gəlib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top