"Kiminsə qarnı ağrıdı kimi xəbərlər, xəbər deyil" - Rəşid Mahmudov TV-lərə səsləndi

SOSİAL 30 avq 2018, 11:54

Telekanallarımızdakı xəbərlər proqramlarında verilişin içində dəfələrlə yerli-yersiz anonsların verilməsi ilə bağlı filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli Moderator.az-a açıqlamasında bunu mövzu kasadlığı və televiziya işçilərinin qeyri-peşəkarlığı ilə əlaqələndirib. 

 

Çox maraqlıdır ki, Azərbaycan Tibb Universitetinin (ATU) dosenti, tanınmış alim Rəşid Mahmudov hansı kanalın xəbərlər proqramına baxır və aldığı informasiya onu qane edirmi?

 

R.Mahmudov daha çox Xəzər TV-nin “Xəzər xəbər” proqramına baxdığını və bu günki xəbərlər proqramının onu qane etmədiyini bildirdi:

 

“Ən çox Xəzər TV-nin “Xəzər xəbər” proqarıma baxıram, amma bu məni qane etmir. Təkcə bu problemlər bizdə deyil, Rusiyada da, Türkiyədə də eyni problemdir. Bu gün o qədər problemimiz var ki, onlar haqqında məlumat vermək lazmdır. Yoxsa ki, filan yerdə qəza oldu, kiminsə qarnı ağrıdı kimi xəbərlər xəbər deyil, axı. Xəbər bunlar deyil. Dünyada baş verən hadisələrin dövlətimizə, xalqımıza xeyri və ziyanı olan hadisələr xəbərdir və onlar haqqında xəbər hazırlamaq lazımdır”.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top