ÜST xəbərdarlıq etdi: Koronavirus bitməmiş yeni epidemiya başladı

DÜNYA 02 iyn 2020, 11:33

Konqo Demokratik Respublikasının qərbində Ebola hemorragik qızdırması yenidən yayılmağa başlayıb.


Demokrat.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus deyib.


Məlumata görə, Konqoda Ebolaya yoluxmuş altı nəfərdən dördü artıq həyatını itirib. ÜST yeni epidemiya ilə mübarizə üçün hadisə yerinə nümayəndələrini göndərib.


Qebreyesus vurğulayıb ki, Ebolanın yenidən yayılması koronavirus infeksiyasının insanların üzləşdiyi tək problem olmadığını xatırladır.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top