Bakı-Budapeşt təyyarə biletləri satışa çıxarıldı — QİYMƏTLƏR

SOSİAL 02 iyn 2020, 11:25

Macarıstanın “Wizzair” aviaşirkəti Bakıdan uçuşlar elan edib.


Demokrat.az xəbər verir ki, biletlər şirkətin saytında artıq satışdadır.


İlk uçuş iyunun 19-a planlaşdırılıb. Sonra biletlər 22, 26 və 29 iyun tarixləri üçün təklif olunur. İlk uçuş üçün biletlərin qiyməti 100 avrodan başlayır.


Həmçinin qeyd edək ki, 29 iyun tarixində sərnişinlər 50 avroya bilet ala bilərlər.


Macarıstan Azərbaycana sərhədlərini iyunun 15-dən açır.


Budapeştdən Bakıya ilk uçuş isə iyunun 18-nə planlaşdırılıb. Bu uçuş üçün biletlərin qiyməti 120 avrodan başlayır. 21, 25 və 28 iyun uçuşları üçün biletləri 100 avroya almaq olar.(qazet.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top