Kadırov BMT-ni ABŞ hakimiyyətini cəzalandırmağa çağırdı

DÜNYA 02 iyn 2020, 12:10

Çeçenistan lideri Ramzan Kadırov Birləşmiş Millətlər Təşkilatına (BMT) müraciət edərək, ABŞ hakimiyyətinin zorakılıq və qanunsuz hərəkətlərə görə cəzalandırılmasını istəyib.


Demokrat.az xəbər verir ki, bunu R.Kadırov özünün “Teleqram” kanalında yazıb.


Çeçenistan rəhbəri ABŞ-dakı vəziyyəti dəhşət içində izlədiyini etiraf edib: “Adi vətəndaşların hüquqları dövlət nümayəndələri tərəfindən kobudcasına pozulur”.


R.Kadırov ABŞ hakimiyyətindən vətəndaşlara qarşı qanunsuz hərəkətləri dayandırmağı tələb edib. O, həmçinin BMT-dən məsələyə müdaxilə etməsini və tədbir görməsini istəyib.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top