Partiya sədrinin müavini: "Bəxtiyar Hacıyev rüşvətxor icra başçısını müdafiə edir" (VİDEO)

GÜNDƏM 02 iyn 2020, 10:55

Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov ictimai fəal Bəxtiyar Hacıyevə cavab verib. 


Demokrat.az-ın xəbərinə görə, Arzuman Abdulkərimov "Yeni TV" internet televiziyasının efirində çıxışı zamanı bildirib ki, Bəxtiyar Hacıyev dövlətin bir çox atributlarını, o cümlədən Milli Məclisi təhqir edib:


"Bəxtiyar Hacıyev iddia edir ki, bəzi gənclər onu təhqir ediblər. Amma Bəxtiyar Hacıyevin özü şəxsləri yox, dövlətin atributlarını təhqir edərək Milli Məclisi "deputatxana" adlandırır. Məgər bu təhqir deyilmi? Məncə, bu daha təhlükəlidir. Biz Bəxtiyar Hacıyevin yaşadığı evə "bəxtiyarxana" desək, xoşuna gələrmi? Yaxud da desək ki, Bəxtiyar qələt edir, hansı ki, qələt farscadan tərcümədə səhv deməkdir".

 


Partiya sədrinin müavini korrupsiyada günahlandırılaraq həbs olunan keçmiş icra başçısı Vilyam Hacıyevi müdafiə etdiyinə görə Bəxtiyar Hacıyevi tənqid edib:


"Demokratiyadan danışan, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizədən dəm vuran birisi bu ittihamlarla həbs olunan qohumunu müdafiə edir və Vilyam Hacıyevin həbsindən sonra iqtidara qarşı "savaş" açır, bu və ya digər formada onun haqqında sosial şəbəkələrdə ictimai rəyi çaşdırmağa çalışır. Bəxtiyarın Hacıyevin elan etdiyi idiallar budurmu?".

 


Elçin Rizvanoğlu
Demokrat.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top