ABŞ-dan Azərbaycanla bağlı tarixi dəstək

SİYASƏT 02 iyn 2020, 10:50

ABŞ-ın ən tanınmış düşüncə mərkəzlərindən olan Heritage Fondu (Heritage Foundation) G7 (Böyük Yeddilər) Sammiti öncəsi ABŞ Prezidenti Donald Trumpın dünya liderləri ilə müzakirə etməli və siyasi dəstək almalı məsələlərin siyahısını hazırlayıb.


Heritage Fondu qeyd edir ki, Böyük Yeddilərlə görüş zamanı ABŞ Prezidenti Donald Trump Trans- Xəzər Boru Kəməri, o cümlədən Cənub Qaz Korridoru layihələrinə dünya liderlərindən siyasi dəstək almalıdır.


Bu addımı Azərbaycanın təşəbbüskarı olduğu enerji siyasətinin uğuru adlandırmaq olar.


Cənub Qaz Korridoru Azərbaycan qazının Cənubi Qafqaz Boru Kəməri vasitəsilə Türkiyə sərhəddinə, TANAP kəməri vasitəsilə Türkiyədən Avropa sərhəddinə, TAP layihəsi vasitəsi Adriatik dənizindən keçərək Avropaya nəqlini nəzərdə tutur. Azərbaycan bu layihənin təşəbbüskarı və əsas lokomotividir.


Trans - Xəzər Boru Kəməri isə Türkmənistan qazının Azərbaycana, Azərbaycandan isə Cənub Qaz Korridoru ilə Avropaya ixracını nəzərdə tutur.


Bu layihələrin ABŞ Prezidenti tərəfindən Avropa liderləri qarşısında qaldırılması bir daha Azərbaycanın dünya miqyasında önəmini gündəmə gətirmiş olur.


Layihələr Azərbaycan qazının Avropaya ixracatı, eyni zamanda Azərbaycanın enerji koridoruna çevrilərək tranzitdən əldə etdiyi gəlirlərin artması baxımından müstəsna əhəmiyyət kəsb edir.


Məlumat üçün bildirək ki, hal-hazırda Heritage Fondu dünyanın ən nüfuzlu düşüncə mərkəzidir. Bu fond Trump Administrasiyası üzərində böyük nüfuza malikdir və verdiyi təkliflərin 80%-i indiki ABŞ höküməti tərəfindən gerçəkləşdirilmişdir.(sfera.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top