Masallıda avtomobil kanala aşdı — Sürücü öldü

HADİSƏ 02 iyn 2020, 09:43

Masallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Fövqəladə Hallar Nazirliyindən (FHN) Demokrat.az-a bildirilib ki, rayonun Ərçivan kəndində LADA markalı minik avtomobili yol kənarındakı su kanalına aşıb.


Hadisə yerinə cəlb olunan Cənub Regional Mərkəzinin xilasediciləri avtomobilin sürücüsü, 1988-ci il təvəllüdlü Kərimov Müşviq Nəsir oğlunun meyitini su kanalından çıxararaq aidiyyəti üzrə təhvil veriblər.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top