Dünyada koronavirusa yoluxanların sayı 6,3 milyonu ötdü

DÜNYA 02 iyn 2020, 09:09

Dünyada 376 mindən çox insan koronavirus pandemiyasının qurbanı olub.


Demokrat.az xəbər verir ki, ayrı-ayrı ölkələrdə COVID-19 qurbanlarının sayı 376 219 nəfərə çatıb. Virusun aşkarlandığı ölkələrdə həmçinin 6 340 574 nəfər koronavirusla bağlı analizlərin müsbət nəticələrini alıb.


Bu halda infeksiyaya yoluxmuş 2,88 milyondan çox pasiyent sağalıb.


Hazırda dünyada 3 078 044 insan aktiv koronavirus xəstəsi hesab edilir. Məlumata görə, COVID-19-a yoluxmuş 53 415 pasiyentin vəziyyəti ağırdır.


Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.


Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top