Qəbul imtahanları zamanı tətbiq ediləcək yeniliklər açıqlandı — VİDEO

SOSİAL 01 iyn 2020, 23:41

Bu il qəbul imtahanlarında pandemiya ilə əlaqədar bir sıra dəyişikliklər olacaq.

 

Demokrat.az-ın məlumatına görə, bu barədə məlumat verən Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, mart ayından sonrakı tədris proqramları builki imtahanlara salınmayacaq.


Daha bir güzəşt isə 11-ci sinif şagirdləri üçün təqdim olunan test tapşırıqlarının sadələşdirilməsidir. Belə ki, açıq sualların sayı keçən illə müqayisədə 2 dəfə azaldılacaq. Digər bir məsələ isə virusa yoluxma riskinin azaldılması ilə bağlıdır. Ailəsində virusa yoluxmuş şəxslər imtahana buraxılmayacaq. İmtahana giriş zamanı çox mürəkkəb prosedurlar olacaq. Son 15 gündə ailə üzvlərində koronavirus aşkarlanan şəxslər buraxılış və qəbul imtahanlarında iştirak edə bilməyəcəklər.

 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top