Türkiyədə koronavirusdan ölənlərin sayı artdı

DÜNYA 02 iyn 2020, 00:07

Bu gün Türkiyədə daha 23 nəfər koronavirusdan ölüb.


Demokrat.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb. 


Nazirin sözlərinə görə, bununla da ölkədə COVID-19 qurbanlarının sayı 4 563 nəfərə çatıb.


Son 24 saat qonşu ölkədə təhlükəli virusa 827 yoluxma qeydə alınıb. Bununla da koronavirusa yoluxanların sayı 164 769 nəfərə çatıb.


Bu gün daha 974 koronavirus xəstəsi sağalaraq evə buraxılıb. Beləliklə, koronavirusdan sağalanların ümumi sayı 128 947 nəfərə çatıb.


Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.


Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 6,2 milyonu ötüb. Bunların 2,8 milyon nəfərdən çoxu sağalıb, 374 mindən çoxu isə ölüb.


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top