İlham Əliyev Müşahidə Şurasının tərkibinin təsdiqlədi - SİYAHI

SOSİAL 29 avq 2018, 18:16

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Gənclər Fondu Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” 2018-ci il 13 mart tarixli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

 

​Demokrat.Az xəbər verir ki, sərəncamla Gənclər Fondu Müşahidə Şurasının tərkibi aşağıdakı redaksiyada təsdiq edilib: 

 

Müşahidə Şurasının sədri


Məmmədəliyev Yusuf Ülfət oğlu - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri

 

Müşahidə Şurasının üzvləri


Babayev İntiqam Vaqif oğlu - Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini


Vəliyeva Məhəbbət Məhərrəm qızı - Azərbaycan Respublikası təhsil nazirinin müavini


Bayramov Rafiq Yasin oğlu - Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini


Kərimli Mətin İmdad oğlu - Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini


Məcidova Məryəm Teymur qızı - Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri


Orucov Seymur Vaqif oğlu - "Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin idarə heyətinin sədri


Vəliyev Seymur Aydın oğlu - "Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin sədri


Ağabəyli Murad Asif oğlu - "Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin İcraçı direktorunun müavini

 

Demokrat.Az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top